Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Geyilməmiş ayaqqabılar”ın nağılı – Fotolar

Dünən rejissor Rza Rzayevin çox maraqlı və olduqca fərqli bir ekran işi filmsevərlərə təqdim olundu. Qarabağın dərdini, harayını, sönmüş ocağının faciəsini çox fərqli bir təqdimatla tamaşaçıya çatdırdı yaradıcı heyət… Özü də təmənnasız, heç bir qonorar-filan istəmədən.

Filmə etinasız baxmaq mümkün deyildi. Orda hər şey vardı: siyasət, düşmən, vətənpərvər insan, məcburi köçkün, ana naləsi və sair və ilaxır… Bircə döyüş səhnəsi olmadan Qarabağın harayına hay verənin filmidir bu. Demək, başdan ayağa insanın içini titrədən bir film çəkmək olarmış. Filmdə yeganə dialoq atası və bacısı ermənilər tərəfindən öldürülən Həsrət adlı uşağın anası ilə söhbətidir. Vəssalam…

10 yaşlı Həsrət böyüyür, uzanan müharibəyə son qoymaq üçün Qarabağa yollanır. İki ayağını da itirir. Uşaqkən torpağından didərgin düşəndə ona verilən ayaqqabılarını yurduna qayıdanda geyinmək üçün saxlayır, ancaq qismət olmur. İndi iki ayağını itirən gəncin geyilməmiş ayaqqabısının bir cütü də artır. Bu, təkcə Həsrətin ağrısı deyil. Nə yaxşı ki, film qələbəyə ümidlə sona çatır.

Rejissorun filmdə qurduğu səhnə bizə yeni bir ideya verir. Filmin final səhnəsindəki kimi gələcəkdə Xankəndində “Geyilməmiş ayaqqabılar” muzeyini açmaq. Ağır olsa da təsəlliverici arzudur.

 

Yeniçağ.az

www.yenicag.az

604