!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Geyiminə görə tənqid olunan Xatirə: “Həyat yoldaşım buna görə mənə...” - FOTO/VİDEO

!Reklam – Yazi

Müğənni Xatirə İslam geyiminə görə tənqid olunub. Onu açıq-saçıq libasına görə qınayıblar.

Yenicag.az-a açıqlama verən Xatirə haqqında danışılanlara əhəmiyyət vermədiyini bildirib:

“Haqqımda yazılan şərhləri nə oxuyuram, nə də danışanlara əhəmiyyət verirəm. Nə yazırlar yazsınlar. Qınayanlar qınasın, danışanlar danışsın. Mən onları nə görürəm, nə eşidirəm. Əsəbi insanam, kiməsə görə, əsəblərimi korlamaq istəmirəm”.

Müğənni “həyat yoldaşınız belə şərhləri oxuyanda necə reaksiya verir” sualımızı belə cavablandırıb:

“İnanırsınız, həyat yoldaşım buna görə mənə bir kəlmə də olsun söz demir. Çünki o bilir ki, sənətçiyəm və səhnə adamı haqqında belə söz-söhbətlərin olması normaldır. O, məni həmişə başa düşüb və hansısa geyimə görə mənə irad tutmayıb. Ağzıboş adamlar həmişə danışıb”.

Qeyd edək ki, Xatirə “Xəzər TV”də yayımlanan “5/5” verilişində geyindiyi libasa görə iradlara tuş gəlib. Sosial şəbəkə izləyiciləri onu sərt tənqid ediblər.

Cəvahir

 

www.yenicag.az

6350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv