Gimnastımız Selcan Maqsudova Soçidə keçirilən batut, ikiqat mini batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında finala çıxıb.
Yenicag.az-ın məlumatına görə, yarışın üçüncü günündə proqramı təqdim edən Selcan Maqsudova, böyük idmançılar arasındakı təsnifat mərhələsində səkkizinci yeri tutaraq hakimlərdən 52.835 xal alıb.
Final mərhələ sabah, Avropa çempionatının son günü baş tutacaq.
Qeyd edək ki, bu gün həmçinin gənclər yaş qrupunda batut üzrə idmançımız Hüseyn Əsədullayevin 52.235 xal toplayıb.
Bununla birgə, Azərbaycan gimnastları Hüseyn Abbasov və Maqsud Mahsudov batutda sinxron tullanma üzrə Avropa çempionatında finala vəsiqə qazanıblar.
Həmçinin Azərbaycan tamblinqçisi Mixail Malkin də sabah final mərhələsində qüvvəsini sınayacaq.
Xatırladaq ki, Soçidə keçirilən batut, ikiqat mini batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı 29 apreldən 2 may tarixinə qədər keçirilir. Yarışlarda 23 ölkədən idmançılar iştirak edir.