Azərbaycan gimnastları Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində daha iki medal qazanıblar.
Gimnastika Federasiyasından Yenicag.az-a verilən məlumata görə, yarışın üçüncü günündə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandası 5 iplə hərəkətlərin icrasında ikinci yeri tutub.
Sözügedən komanda 5 topla hərəkətlərin icrasında isə qızıl medal qazanıb.