!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ginnesin rekordlar kitabı”na düşən iftar süfrəsi

!Reklam – Yazi

Müqəddəs Ramazan ayının son günlərində Dubayda indiyədək mövcüd olan ən genişmiqyaslı iftar tədbiri təşkil edilib.

Yenicag.az bildirir ki, tədbir 6 kilometr uzunluğunda “ən uzun iftar masa”sı adı altında “Ginnesin rekordlar kitabı”na düşüb.

İftarın təşkilatçıları qismində Dubay polisi çıxış edib. Bu aksiya həm də xeyriyyə xarakteri daşıyırdı – Hindistan, Şri-lanka, Pakistan, Çin, Fillipin və başqa Asiya ölkələrindən 12 830 işçi burada yemək yeyə bilib.

Yeməklərin hazırlanmasında müxtəlif dövlət strukturlarından olan 500 könüllü və 35 restoran heyəti iştirak edib. Toplam olaraq tədbirə hazırlıq təxminən 200 saata başa gəlib.

Zaur H.

www.yenicag.az

1843
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv