!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Giresunlular azərbaycanlı rektor üçün Ərdoğana müraciət etdilər – “Haqsızlığa uğrayır”

!Reklam – Yazi

aygun attarTürkiyədə rekord səs qazanan Giresun Universiteti rektorluğuna namizəd və hazırkı rektor Aygün Attara bir dəstək də şəhərin ən böyük ictimai quruluşu olan Giresun Əsnaf və Sənətkarlar Odalar Birliyindən gəlib. 80-dən çox qeyri-hökumət təşkilatını öz ətrafında birləşdirən qurum Azərbaycan əsilli rektorun uğradığı haqsızlığa qarşı öz etirazını bildirib.

Yenicag.az xəbər verir ki, Aygün Attarın Giresun Universitetinin rektoru olduqdan sonra sadəcə təhsil müəssisəsinin deyil, ümumilikdə şəhərin inkişafındakı xidmətlərini anladan müraciət Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlanıb. Türkiyədəki ermənipərəst qüvvələrin Türkiyə və Giresun sevdalısı Azərbaycan türkünə qarşı çirkin kampaniya apardıqlarına diqqət çəkən müraciətdə bildirilir ki, Aygün xanımın rektorluğunun davamı təkcə universitet üçün deyil, Giresun üçün böyük şansdır.

Aygün Attarın universitet ərazisində Türkiyənin ən böyük “tək qübbə” məscidini tikdirdiyinə, İslami Elmlər, Sivil Havacılıq, İdman və Turizm fakultələrinin yenə rektorun şəxsi təşəbbüsü ilə açıldığına, rektoruluğa təyin olunarkən cəmi 1 xarici tələbə varkən, bu gün 1000-dən çox xarici tələbə olduğuna toxunan müraciət sahibləri GU rektorunun dünya elminə verdiyi töhfələrdən də bəhs edilib.

Qeyd edək ki, Türkiyədə rektor seçkiləri formal xarakter daşıyır və ən çox səs alanların siyahısı Yüksək Təhsil Komissiyası tərəfindən prezidentə təqdim olunur və rektor təyinatı ölkənin birinci şəxsi tərəfindən gerçəkləşdirilir.

Aygün Attarın həm azərbaycanlı olması, həm də erməni yalanına qarşı elmi mübarizəsi Türkiyədə bəzi dairələri ciddi narahat etməkdədir. Təəssüf ki, həmin qüvvələrin içərisində Türkiyənin iqtidar partiyasına da sızmış şəxslər də yer almaqdadır. Həqarətlə “Bir azəri qadın Giresunda rektor ola bilməz” deyən AKP Giresun millət vəkili Nurəddin Canikli də bunlar arasında yer almaqdadır. Aygün Attarın rektorluq fəaliyyətinə əngəllər törədən və mediada “Giresun Universitetinin rəhbərliyi dəyişməlidir” deyə bəyanat verərək, Gülənçilərin namizədi Cevdət Coşqunun seçilməsinə çalışır.

Çox çirkin iftiralardan belə çəkinməyən Canikli Türkiyədə erməni açılımı üçün “bunlar millətin proyektləridir” sözləri ilə tanınır(Mənbə: Türkiyə Böyük Millət Məclisi Sənədləri, 10 noyabr, 2009-cu il).

Qısacası, həmyerlimiz Türkiyədə çox ciddi bir sınaqla üz-üzədir. Sevindirici hal ondadır ki, bir tərəfdə şəxsi mənfəətləri üçün bütün dəyərləri tapdalamağa hazır olan güclər olsa da, giresunlular azərbaycanlı rektorun xidmətlərini unutmayaraq, ona sahib çıxırlar. Müraciəti Giresundakı əksər ictimai təşkilatlar imzalayıb.

Müraciəti olduğu kimi təqdim edirik:

12721976_10154092487896473_175593473_n

12476169_10154092487936473_1768801359_n

12083845_10154092487951473_1253780310_n

12595926_10154092487991473_247498984_n`

12336118_10154092486976473_567116281_n

12026611_10154092487866473_529979196_n

12721889_10154092487841473_196657279_n

12674339_10154092487836473_1667939564_n

www.yenicag.az

805
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv