!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Girov qoyulan zaman banklar nədən daşınmaz əmlaka üstünlük verir?

!Reklam – Yazi

Azərbaycanda kiçik və orta sahibkarların götürdükləri kreditlərə görə girov qoyduqları əmlakın 27 faizini daşınar, 73 faizi isə daşınmaz əmlak təşkil edir. Maraqlıdır, nədən banklar ödədikləri kreditə görə girov olaraq əsas üstünlüyü məhz daşınmaz əmlaka verirlər? Bu nisbəti daşınan əmlakın xeyrinə dəyişmək mümkündürmü və bunun üçün hansı addımlar atılmalıdır?

Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli Yenicag.az-a açıqlamasında daşınmaz əmlakın daşınan əmlaka nisbətən daha etibarlı olduğunu bildirdi:

“Ümumiyyətlə, dünyada banklar, kredit verən təşkilatlar girov tələb edərkən, əsasən daşınmaz əmlaka üstünlük verirlər. Bunun da özəl səbəbləri var. Çünki daşınmaz əmlak daha etibarlıdır, daşınan əmlaka nisbətən dağılmaq, aşınmaq, qiymət itirmək təhlükəsi daha azdır. Ona görə Azərbaycan bankları da təbii olaraq girov tələb edərkən daha çox daşınmaz əmlaka maraq göstərirlər. Daşınan əmlak, məsələn, avtomobil hər hansı qəza nəticəsində dəyərini dəfələrlə itirir. Belə olan halda artıq bankın girov məsələsində uduzması ehtimalı daha çoxdur”.

Bütün bunlara əsasən də həmsöhbətimiz daşınan və daşınmaz əmlaklar arasındakı mövcud nisbətin dəyişdirilməsinə ehtiyac görmədi:

“Ümumiyyətlə, belə bir hədəfin götürülməsi düzgün yanaşma olmazdı. Bütün hallarda dünyada olduğu kimi Azərbaycanda da banklar girov qismində daha çox daşınmaz əmlakı qəbul edəcəklər. Belədə düşünmürəm ki, hansısa vasitə ilə bu nisbəti aradan qaldırmaq mümkün olsun. Yalnız ölkədə iqtisadi sabitliyin yaranması mövcud nisbətin dəyişməsinə stimul yarada bilər. Ümumiyyətlə, girov məsələsi bu halda öz əhəmiyyətini müəyyən mənada itirə də bilər. Bu vəziyyətdə vətəndaşlarla banklar arasında elə bir münasibət yarana bilər ki, kredit verəndə girov məsələsi də mənasını itirər. Yəni belə bir tendensiya barədə düşünmək daha ağlabatan olardı”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

754
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv