!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gizir “Xalqa atəş aç” əmrinə tabe olmadı, intihar etdi – VİDEO – FOTO

!Reklam – Yazi

456345Türkiyədə 15 iyul tarixində baş verən çevriliş cəhdi ilə bağlı yeni görüntülər yayılıb. Görüntülərdə intihar edən yaralı gizirin tankdan çıxarılaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılması əks olunub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 15 iyul çevriliş cəhdinin baş verdiyi gecə Sabiha Gökçen hava limanına gələn tankda olan gizir Ferhat Daş komandirinin “Xalqa atəş aç” əmrinə tabe olmayıb və “Mən vətən xaini deyiləm” deyərək özünü öldürüb.

Hava limanının təhlükəsizlik kameralarına düşən görüntülərə görə tankın içində intihar edən yaralı gizir vətəndaşlar tərəfindən təcili tibbi yardım maşınına aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Vəfat edən gizirin qohumu jurnalistlərə açıqlama verib. O bildirib ki, komandiri Ferhata dinc xalqa atəş açmağı əmr edib. O isə əmrə tabe olmayıb. Bu anda komandir ona “səni öldürərəm”, deyib. Ferhat isə komandirə “sənin mərminlə ölməkdənsə öz silahımın mərmisi ilə ölərəm”, – deyərək özünü vurub.

Qeyd edək ki, həmin gecə təcili yardım maşını ərazidən uzaqlaşdıqdan sonra polislər tankdakı digər əsgərləri təslim olmağa məcbur ediblər. Polislər tərəfindən saxlanılan əsgərlər idarəyə aparılarkən başqa əsgərlər tərəfindən avtomobilə atəş açılıb. Nəticədə polislərdən biri, Ozan Özen şəhid olub.

 

Gizir

www.yenicag.az

676
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv