Türkiyənin Ədirnə şəhərindən Yunanıstana açılan İpsala Sərhəd Qapısında 4 nəfər həyatını itirib.
Yenicag.az xəbər verir ki, həmin sərhəddən Yunanıstana illeqal yollarla keçmək istəyən 4 immiqrant havasızlıqdan boğulub. Belə ki, Yunanıstana gedən yük maşını baqajdan səslər gəldiyini eşidib. Avtomobilin arxasını açdıqda isə 4 nəfərin özündən getdiyinə şahid olub.
Dərhal 112 Təcili Yardım çağırılıb. Lakin onların 2-si hadisə yerində, 2-si də xəstəxanaya gedərkən dünyalarını dəyişib. Ölüm səbəbi isə hava çatışmazlığı olub.
Sürücü öz izahatında bildirib ki, həmin qaçqınlar yük maşınına gizlicə minib.
Qeyd edək ki, belə hadisələr tez-tez baş verir. Yəni Türkiyədən illeqal yolla Yunanıstana keçid etmək istəyərkən dünyasını dəyişən qaçqınlar bundan öncə də çox olub.
Şahanə