“Gizli xəzinələrlə Türkiyəm” adlı sərgi keçirildi – FOTOLAR

Bakı Yunus Əmrə İnstitutu və Türkiyənin Azərbaycandakı Mədəniyyət və Təqdimat Müşavirliyinin əməkdaşlığı ilə Sebahat Döğerin “Gizli Xəzinələri ilə Türkiyəm” adlı şəkil sərgisinin açılışı 20 iyul 2017 tarixində həyata keçirildi.

Yenicag.az xəbər verir ki, institut binasında təşkil edilən sərginin açılışı kiçik bir Türk sənət musiqisi ilə başladı. Açılışa Türkiyənin Azərbaycandakı Mədəniyyət və Təqdimat Müşaviri İrfan Çiftçi, akademiklər, yazıçılar, Türkcə Yay Məktəbi tələbələri və çox sayda sənətsevər qatıldı.

Sebahat Döğerin obyektivindən, Türkiyənin müxtəlif bölgələrində çəkilmiş cəmi 30 fotonun sərgiləndiyi şəkil sərgisi, Azərbaycanlılar tərəfindən böyük maraqla qarşılandı. İki ölkə arasındakı mədəni əlaqələrin inkişaf etdirilməsi, ölkəmizin tarixi və turistik məkanlarının tanıdılması baxımından əhəmiyyət kəsb edən sərgi, 23 iyul bazar gününə qədər Bakı Yunus Əmrə İnstitutunda davam edəcəkdir.

Yenicag.az