Gizlin evlənən Boris Consonun TOY FOTOSU yayıldı

Britaniyanın Baş naziri Boris Consonun nikah fotosu yayılıb.

Yenicag.az xəbər verir ki, dünən hökumət başçısı sevgilisi Kerri Saymondsla gizli şəkildə ailə həyatı qurub.

Bildirilib ki, 56 yaşlı Baş nazirlə 33 yaşlı K. Saymonds münasibətlərini İngiltərənin əsas katolik məbədi hesab olunan Vestminster kilsəsində rəsmiləşdiriblər.

Tədbirdə B.Consonun və xanımının ən yaxın dostları və ailə üzvləri iştirak edib. Qonaqların siyahısı tam məxfi saxlanılıb.