!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“GMC Consulting MMC” şirkəti Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna ianə etdi

!Reklam – Yazi

 “GMC Consulting MMC” şirkəti Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 25.000 AZN ianə edib.

Yenicag.az xəbər verir ki, sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər davam edir. Ermənilər tərəfindən işğal olunan ərazilərin geri qaytarılması uğrunda gedən döyüşlər, Azərbaycan ordusunun düşmən üzərindəki üstünlükəri xalqda böyük ruh yüksəkliyi yaradır. Orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və s. ehtiyaclarını ödəmək üçün yardımlar edir, yaralılara kömək üçün qan verməyə çalışırlar. Bunlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən şirkətlər də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr etməklə ordumuza və dövlətimizə dəstək kampaniyasını həyata keçirirlər.

Bu şirkətlərdən biri də, Azərbaycanda magistral avtomobil yollarının tikintisi layihələrində fəaliyyət göstərən “GMC Consulting MMC” şirkətidir.

Şirkətin təsisçisi Fatih Dağtaş tərəfindən 25.000 AZN məbləğində pul vəsaiti Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edilib.

www.yenicag.az

631
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv