!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Göldə boğulan oğlanın ölümü ilə bağlı ilginc məlumatlar – Üzə bilirmiş

!Reklam – Yazi

goldebatantelebeAprelin 16-da Qaradağ rayonu ərazisindəki göldə batan 22 yaşlı Kənan Muradov tələbə imiş.

Bu barədə AzNews.az-a Bakı Avrasya Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfayət Əliyev məlumat verib. Onun sözlərinə görə, mərhum Avrasiya Universitetinin 3-cü kurs tələbəsi olub: “Universitetimizdə fəaliyyət göstərən “KVN-ART” klubunun ssenaristi, həmçinin Tələbə Gənclər Təşkilatının fəallarından idi. Hadisə universitet rəhbərliyini üzdü. Bu gün səhər-səhər şəxsən özüm orada olmuşam. Hadisə ilə bağlı müəmmalı fikirlər var. Kənan çox cəld və çevik oğlan idi. Tələbə yoldaşları da təsdiq etdi ki, o, üzməyi çox yaxşı bilirmiş”.

Ş.Əliyev əlavə edib ki, hadisə yerində olarkən əslən Zərdabdan olan qayıqçı izahat verdikdən sonra yoxa çıxıb: “Kənanın nəşi bu gün səhər saatlarında təxminən 9-10:00 arası aşkar edilib. Mənə verilən məlumata görə, Kənan Muradovun ölümündə şübhəli məqamlar çoxdur”.

Ş.Əliyev hazırda hadisə ilə bağlı cinayət işinin açıldığını vurğulayıb: “İzahat verənlər hadisənin saat 6-da baş verdiyini deyib. Amma Kənan Muradov saat səkkizdə status paylaşıb”.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Muradov Kənan Cəlal oğlu aprelin 16-da Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki göldə batıb. Onun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

www.yenicag.az

744
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv