!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Goldenbyte Beynəlxalq İT Çempionatının qalibləri məlum oldu

!Reklam – Yazi

7 aprel 2017-ci il tarixində Goldenbyte Beynəlxalq İT Çempionatının Azərbaycan üzrə regional finalının qalibləri məlum oldu.

Xatırladaq ki, sayca 9-cu dəfə keçirilən və hər il baş tutan çempionatda Ukrayna,Belorusiya, Qazaxıstan, Rumıniya, Slovakia, Bolqarıstan və Moldovadan 10 000-dən çox gənc müxtəlif layihələrlə fərqli nominasiyalar üzrə iştirak edirlər. “İcad et. Yarat. Dəyiş” ( “Invent. Create. Change”) devizini rəhbər tutan yarışmanın məqsədi, müxtəlif ölkələrdən olan innovativ layihələrin dünyanın nəhəng İT şirkətlərinin qarşısında təqdimatlarını təmin etməkdir ki, bununla da iştirakçı layihələr özlərini tanıda, müxtəlif fondlardan və mələk investorlardan yatırımlar cəlb edə bilərlər.

Web Design, Mobile App, Start-up və s. nominasiyalarda ən güclülər bəlli oldular və Ukraynanın paytaxtı Kiyev şəhərində baş tutacaq finala vəsiqə qazandılar. Web Project nominasiyasında “Caspinet MMC” tərəfindən yaradılmış “e-TAP” layihəsi qalib seçildi.

e-TAP Layihəsinin əsas məqsədi internet imkanlarından istifadə edərək itirilmiş əşya haqqında asanlıqla və pulsuz elan yayımlanmağını təmin etmək, itirilmiş və ya tapılmış əşyanın sahibinə qaytarılması ilə bağlı yüksək ödənişsiz xidmət təmin etmək və cəmiyyətdə sosial fayda vərdişləri yaratmaqdır. “e-TAP” 2015-ci ildən etibarən “Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”ndə fəaliyyət göstərir.

Layihə sayəsində artıq onlarla insan http://e-tap.az saytının imkanlarından faydalanaraq öz əşyalarına qovuşmuşdur. Layihənin uğurları bunlarla məhdudlaşmır, belə ki, e-TAP artıq “Bakı Metropoliteni” QSC ilə rəsmi əməkdaşlıq edir və bu o deməkdir ki, metropoliten ərazisində tapılan bütün sahibsiz əşyaların saytda yayımlanması təmin olunur və beləliklə əşya sahibi öz itkisi barədə daha tez məlumatlandırılır. Bundan əlavə, e-TAP 2016-cı ildə Bakıda baş tutan Formula-1 Grand Prix yarışında tapıntı bürosu kimi servis göstərmiş və bu vəzifənin öhdəsindən uğurla gəlmişdir.

Layihə çərçivəsində gündəlik restoranlar şəbəkəsi, İdman sağlamlıq mərkəzləri, nəqliyyat şirkətləri, sosial iaşə obyektləri və digər təşkilatlarla əməkdaşlıq qurmaq planlaşdırılır ki, bu da layihənin əhatə dairəsini və istifadəçi sayını dəfələrlə artıracaqdır.

Yeniçağ.az

www.yenicag.az

714
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv