“Goldman Sachs”: Avropanın enerji xərcləri artacaq

2023-cü ilə qədər Avropada ev təsərrüfatları tərəfindən ödəniləcək enerji ödənişlərində 2 trilyon dollar artım gözlənilir.

Yenicag.az “Sözcü”yə istinadən bildirir ki, bu barədə ABŞ-nin “Goldman Sachs” investisiya bankının analitikləri məlumat yayıb.

Belə ki, gələn ilin əvvəlində Avropa ev təsərrüfatlarının enerji xərclərinin təxminən 2 trilyon dollar artacağı təxmin edilir. Bank analitikləri bazar günü dərc etdikləri qeyddə enerji ödənişlərinin Avropanın ümumi daxili məhsulunun təxminən 15 faizinə çatacağını bildiriblər.

Təhlildə “Goldman Sachs” analitikləri sentyabrın 9-da Rusiyanın Avropa İttifaqına qaz tədarükünü dayandırandan sonra nazirlərin Avropa sənayesini narahat edən və məişət xərclərini artıran yüksək qaz və elektrik qiymətləri ilə bağlı baş tutacaq görüşə də toxunublar. Onlar qeyd ediblər ki, nəzərdə tutulan bəzi addımlar, o cümlədən qiymətlərin yuxarı həddi, tariflərin artımını yumşaltmaqla və sənaye istehsalında qısamüddətli azalmanı məhdudlaşdırmaqla enerji qiymətlərinin çəkisi azala bilər.

Analitiklər bəyan ediblər ki, investorlar bərpa olunan enerji mənbələri üzərində işləyən şirkətlərin səhmlərinə üstünlük verməlidir. Hesabatda bu şirkətlərin uzun müddət struktur olaraq daha yüksək enerji qiymətlərindən faydalana biləcəkləri bildirilib.

Gülşən