!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Goldman Sachs"dan neft proqnozu: Qiymətlər daha da artacaq

!Reklam – Yazi

“Goldman Sachs Group” transmilli investisiya bankı bildirib ki, neft bazarının stabilləşməsi üçün “Brent” markalı neftin qiyməti 12 ay ərzində orta hesabla 135 dollar olmalıdır.

Yenicag.az xəbər verir ki, “Goldman Sachs” investisiya bankı Çinin Rusiya neftinə tələb və təklif problemlərinin canlanması, eləcə də qlobal xam neft ehtiyatlarının yenidən qurulması fonunda neft qiymətlərinin artacağını proqnozlaşdırıb.

Analitiklərə görə, 2023-cü ilin sonuna qədər qlobal ehtiyatların normala dönməsi üçün “Brent” markalı neftin iyul ayından etibarən 12 ay ərzində orta hesabla 135 dollar olmasına ehtiyac var. Bu rəqəm bankın əvvəlki təxminindən 10 dollar çoxdur.

“Goldman Sachs” hesabatına görə, neftin bahalaşmasına pandemiya dövrü başa çatandan sonra tələbin artması və Ukrayna müharibəsinə görə Rusiyaya tətbiq edilən sanksiyalar təsir edib. Hesabata görə, Rusiya istehsalında itki gözlənildiyindən Çinin tələbatındakı canlanma kəsirə səbəb olub və bu, bazarı çətin vəziyyətə salıb. Hazırda xammallar bərpa olunmağa davam etsə də, qlobal artımın yavaşlaması, Səudiyyə Ərəbistanı və İran daxil olmaqla, OPEC üzvlərinin hasilatı artırması bazardakı vəziyyəti stabilləşdirməyib. Neft məhsullarının bahalaşması yanacağın qiymətində də özünü göstərir. Yanacağın qiymətinin artması isə inflyasiya ilə mübarizə aparan dünya bazarlarını çətin vəziyyətə salır. Yanacağın bahalaşması nəticəsində hazırda çətin vəziyyətdə olan logistika sektorunda xərclərin artması istehlak qiymətlərini yüksəldir.

Analitiklər hesab edirlər ki, qlobal artımın mənfi stimulu ehtiyatları cari qiymətlərlə yenidən balanslaşdırmaq üçün kifayət deyil. Buna görə də ehtiyatların son dərəcə aşağı səviyyələrini normallaşdırmaq üçün qiymətlər daha da yüksəlməlidir.

Gülşən Şərif

www.yenicag.az

657
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv