“GoMap” Qazaxın 7 kəndini Azərbaycana “qaytardı”

“GoMap” geolokasiya-naviqasiya sistemində Qazaxın erməni işğalında olan 7 kəndi Azərbaycan sərhədlərinə daxil edilib.

Yenicag.az xəbər verir ki, bunu araşdırmaçı-jurnalist Elçin Alıoğlu sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, 44 günlük müharibədən sonra Qazaxın da işğal altında olan 7 kəndin Azərbaycana qaytarılması ilə bağlı razılaşmaların olduğu bildirilirdi.