!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrük generallarının savaşında milyonlara sahib yeni ad – Sadiq Abdullayev

!Reklam – Yazi

gomÖlkənin gömrük sistemində baş verən qanunsuzluqlar, rüşvətxorluq, korrupsiya halları və komitə rəhbərliyində təmsil olunan generalların amansız savaşları haqda bundan əvvəlki yazılarımızda məlumat vermişik. Gunxeber.com da daxil olmaqla bir sıra saytların yazdığına görə, Dövlət Gömrük Komitəsinin sədr müavini, general-leytenant Əsgər Abdullayevin 10 milyonluq malikanə tikdirməsi ilə bağlı saytlarda yayılan fotolar ictimaiyyətdə böyük rezonansa səbəb olub.
Qeyd edək ki, yayılan məlumatlarla bağlı nə Gömrük Komitəsi, nə də Əsgər Abdullayev heç bir açıqlama vermədi. Dövlət məmuru olan bir generalın 10 milyonluq villa tikdirməsi hər halda ciddi maraq doğuran bir məsələdir və əgər ortada belə bir iddia varsa, o zaman qarşı tərəfin iddiaya aydınlıq gətirməsi sadəcə vəzifə borcudur. Lakin Gömrük Komitəsi və də general Əsgər Abdullayev məsələ ilə bağlı tam sükut nümayiş etdirməsi iddaların doğru olması qənaətini ortaya qoymuş oldu. İddanın doğru olduğunu daha da gücləndirən digər arqument isə Əsgər Abdullayevin mediadakı bəzi dostları vasitəsilə həmin yazıları təmizləmələri oldu.

Qeyd edək ki, həmin məlumat ölkənin bir sıra internet resursları tərəfindən dərc olunsa da, bir çox saytlardan həmin məlumatlar silinib.

Bundan sonra isə diqqətçəkən hal həmin ərəfədə mətbuata Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə və sədrin birinci müavini Səfər Mehdiyev haqqında kompramat məlumatın ötürülməsi oldu. Əsgər Abdullayevin mediadakı bəzi dostları vasitəsilə həmin yazıları təmizləməsi ilə paralel olaraq həmin məlumatın yayılması bir daha Gömrük Komitəsində doğurdan suyun həddindən artıq bulandığının açıq gösəricisi olaraq göründü.

Hazırda Gömrük Komitəsində baş verənlərlə bağlı Gunxeber.com saytını məlumatlandıran mənbənin sözlərinə görə, son baş verənlərdən sonra Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyev əməlli başlı danlanılıb. Danlamanın səbəbi isə məhz Əsgər Abdullayevin 10 milyonluq villasının şəkillərinin mətbuata ötürülməsi ilə bağlı şübhələrin Səfər Mehdiyevin üzərində qalması olub. Həmçinin hazırda Səfər Mehdiyevin böyük anlamda Gömrük Komitəsində baş alıb gedən ikitirəlik və intriqaların başında durması da diqqətə alınıb. Mənbə bildirir ki, bununla bağlı Səfər Mehdiyevə xəbərdarlıq edilib. Ondan tələb olunub ki, yerində sakit otursun və intriqalarından əl çəksin. Əks halda onu heç də yaxşı olmayan sonuc gözləyə bilər. Mənbə Səfər Mehdiyevin hansı səviyyədə xəbərdarlıq alması barədə sualımızı isə cavablandırmaq istəmədiyini qeyd elədi.
Mənbə qeyd edir ki, Gömrük Komitəsində baş alıb gedən ikitirəlik və intriqaların tərəfinə çevrilən Əsgər Abdullayev də baş verənlərə görə öz payını alıb. Belə ki, gömrük xidməti general-leytnantından tələb olunub ki, mətbuatda şəkilləri yayılan malikanənəi sökdürsün, ərazi tamamilə boşaldılsın və bu barədə raport edilsin.

Qeyd edək ki, Əsgər Abdullayevlə bağlı saytımıza maraqlı məlumatlar da daxil olub. Məlumatlara əsasən gömrük xidməti general-leytnantı təkcə monopoliyasında olan biznesdən hər il 20-30 milyon dollar arasında gəlir götürür. Bu barədə növbəti yazımızda geniş araşdırmanı təqdim edəcəyik.
Gunxeber.com-a daxil olan yeni məlumata görə, DGK-da əsasən Aydın Əliyev, Əsgər Abdullayev, Səfər Mehdiyev arasında gedən savaşa Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi general Sadiq Abdullayev də qoşulub. Bu barədə Gunxeber.com-u məlumatlandıran mənbələr bildiriblər ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun dəstəsi ifşa olunduqdan sonra S.Abdullayevin də başının üstünü qara buludlar alıb. Aeroport gömrüyünə rəhbərlik edən şəxslər E.Mahmudovun cinayətkar şəbəkəsinin ölkəyə qanunsuz mal gətirmələrinə, nağd pul, qızıl, brilliant çıxarmalarına göz yumublar, yaxud da hansısa formada imkan yaradıblar. Xüsusən də S.Abdullayev və onun tabeliyindəkilərin E.Mahmudovun dəstəsinin qanunsuz əməllərinə göz yumması ölkə rəhbərliyi tərəfindən çox ciddi fakt kimi nəzərdən keçirilib.

Bu və digər buna bənzər məsələlərə görə mövqeləri zəifləyən general “MTN işi” bir qədər arxa plana keçdiyindən itirdikləri mövqeləri və paraları qaytarmaq üçün yenidən hərəkətə keçib, DGK generalarının amansız savaşında əsas rollardan birini alıb. Bu barədə danışan mənbəmiz bildirir ki, S.Abdullayev bütün imkanlardan istifadə edərək DGK rəhbəri postuna iddialı bütün rəqiblərini sarsıtmağa çalışır. Çünki S.Abdullayev yaxın vaxtlarda DGK rəhbərinin dəyişəcəyi barədə ilkin informasiyalara malikdirlər. Bu dəyişiklik isə heç şübhəsiz ki, onun da işinə, gələcəyinə təsirsiz ötüşməyəcək.

Mənbə bildirir ki, illərdir kölgədə qalmağı bacaran S.Abdullayevin qanunsuz yollarla əldə etdiyi var-dövlət heç də A.Əliyev, S.Mehdiyev, Ə.Abdullayev, V.Novruzov kimi gömrük generallarının topladıqları sərvətdən heç də az deyil.
Onun Bakıda dəyəri bir neçə milyon manatlıq olan villalarının, böyük ticarət obyektlərinin, monopolist şirrkətlərinin olduğu bildirilir. Bu barədə növbəti yazılarımızda ətraflı məlumat verəcəyik.

Məlumata görə, ölkəyə mal gətirən sahibkarlar S.Abdullayevdən ciddi narazıdırlar və onlar prezident İlham Əliyevin sahibkarların incidilməməsi ilə bağlı tapşırığına məhəl qoymayan bu məmurlara qarşı açıq etiraz aksiyası keçirməyi planlaşdırırlar.
Bir qrup sahibkardan aldığımız məlumata görə, onlar şikayətlərinin ən yüksək səviyəyə – prezidentə çatması üçün Prezident Administrasiyasının qarşısında aksiya keçirməyə hazırlaşırlar. Sahibkarlar bildirirlər ki, ölkədən nağd şəkildə pul çıxaranlardan üzərlərində olan məbləğin 15-20 faizi hədə-qorxu yolu ilə alınır və heç bir sənədləşdirilmə aparılmadan S.Abdullayevlə adamlarının cibinə gedir. Çin, Dubay, Türkiyə, Pakistan və digər bu kimi ölkələrdən gətirilən malların əsas monopoliyası isə S.Abdullayev və onun adamlarındadır.

Sahibkarların narazılıqlarından və aksiyalara hazırlaşmaqlarından S.Abdullayevin də xəbərdar olduğu, bu aksiyaların təşkilində gömrükdəki rəqiblərindən şübhələndikləri bildirilir. Buna görə də onlar rəqib generallara cavab “atəşi”ni hansı silahdan və necə açmaq haqda düşünür.
Ümumi vəziyyət isə onu göstərir ki, DGK-da gözlənilən dəyişikliklər generallar üçün ölüm-dirim savaşına çevrilib və S.Abdullayevin də yeni oyunçu olaraq bu savaşa qoşulması təsadüfi deyil.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

www.yenicag.az

3163
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv