!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Gömrük Komitəsi ilə Vergilər Nazirliyinin birləşməsi vacibdir" - Ekspert

!Reklam – Yazi

Mətbuatda yayılan xəbərlərə görə, keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra dövlət strukturlarında bir sıra yeni islahatlar aparılacaq. Məlumata görə, seçkilərdən sonra bəzi dövlət qurumları ya ləğv ediləcək, ya da digərlərinə birləşdiriləcək. Birləşdiriləcək qurumlar arasında Dövlət Gömrük Komitəsinin də adı çəkilir. Verilən məlumata görə, Gömrük Komitəsinin ləğv edilərək, Vergilər Nazirliyi ilə birləşdirilməsi gözlənilir.

Yenicag.az-a açıqlamasında məsələni şərh edən iqtisadçı ekspert Natiq Cəfərli Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşməsini daha məqsədəuyğun hesab etdi. Bununla belə, həmsöhbətimizn fikrincə, tək birləşməklə iş bitmir, idarəetməyə münasibətdə də yanaşma tərzi dəyişməlidir:

“Gömrük Komitəsinin ayrıca bir qurum kimi fəaliyyət göstərməsinə əslində, lüzum yoxdur. Bir çox ölkələrdə belə bir qurum ya Maliyyə Nazirliyi, yaxud da Vergilər Nazirliyinin tərkibində bir departament kimi fəaliyyət göstərir. Gömrük Komitəsi Vergilər Nazirliyi tərkibində departament olaraq fəaliyyət göstərəcəksə, belədə vergi və gömrük rüsumlarının bir mərkəzdə birləşməsi məntiqli olardı. Bu addım özü-özlüyündə idarəetmənin izafi xərclərini, büdcə xərclərini azalda bilər. Amma idarəetmənin özünün yanaşmasını dəyişmək mümkün olacaqmı? Əsas maraq doğuran sual da budur.

Yəni Vergilər Nazirliyinə birləşdirilib, köhnə qayda ilə işləyəcəksə, bu birləşmənin heç bir effekti olmayacaq. İş adamları üçün həmin birləşmə ilə daha yaxşı şərait yaradılacaqsa, təbii ki, onun effekti də olacaq. Əsas məsələ birləşmədən sonra qurumun necə fəaliyyət göstərməsindən asılı olacaq. Özü-özlüyündə sözügedən birləşmə vacibdir. Təşkilatımızın proqram sənədlərində də bu təkliflər yer alıb. Yəni büdcə orqanlarının bir mərkəzdən idarə olunması daha məntiqlidir. Belə vəziyyət büdcə xərclərinə xeyli qənaət etməyə imkan verəcək. Bütün hallarda tək birləşmə yox, həm də idarəetmənin fəlsəfəsi, gömrük orqanlarının fəaliyyətinin nədən ibarət olduğunun doğru-düzgün dərk edilməsi və bu istiqamətdə iş görülməsi də birləşmək qədər önəmli məsələdir”.

Qeyd edək ki, sözügedən qurumların birləşəcəyi barədə xəbəri Gununsesi.info yayıb.

ELÇİN

www.yenicag.az

2463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv