!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrük Komitəsinin FEODALİZM ÜSULLARI: “Bu orqan daxili bazarı qorumaq əvəzinə...” - Natiq Cəfərli/VİDEO

!Reklam – Yazi

“Mövcud vəziyyətdə Gömrük Komitəsinin müstəqil qurum kimi qalması qətiyyən məqsədə uyğun deyil”.

Türkiyədən Azərbaycana gətirilən yük daşımalarında gömrük rüsumları artıb. Belə ki, əvvəllər 1 kiloqram olan yük üçün gömrük rüsumu 3,5 dollar olduğu halda, hazırda bu məbləğ 4,2 dollara qaldırılıb. Eyni zamanda, yükün hər kubu üçün müəyyən edilmiş rüsum əvəllər 750 dollar idisə, hazırda bu göstərici 900 dollar təşkil edir.

İqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında Türkiyədən Azərbaycana yük daşımaları üçün gömrük rüsumunun artırılmasının ölkədə bahalaşmaya mümkün təsirlərini dəyərləndirib. İqtisadçı bildirib ki, Azərbaycana gətirilən yüklərin qiymət artımında Gömrük Komitəsinin rolunun nədən ibarət olduğu ciddi şəkildə araşdırılmalıdır:

“Bəzi məlumatlara görə, Gömrük Komitəsi özünə yaxın broker və kargo şirkətləri vasitəsilə qiymət artımını diqtə edən əsas orqana çevrilib. Gömrük Komitəsi karqo şirkətlərinin xərcləri ilə yanaşı, gömrük rüsumlarının da artırılmasına yönəlik addımlar atır.

Bu vəziyyət uzun illərdir, davam etdiyinə görə ölkə daxilində Gömrük Komitəsinin fəaliyyəti fonunda qiymətlərin tənzimlənməsində ciddi problemlər yaşanır. Gömrük Komitəsi bu günə qədər gömrük orqanlarının fəlsəfəsini normal qavrayıb, tətbiq edə bilmir.

Sanki Gömrük Komitəsinin yanaşması orta əsrlərdə qalan gömrük siyasətinə uyğunlaşdırılıb. Çünki müasir dünyada gömrük orqanlarının əsas işi daxili istehsalçının qorunmasına yönəlik addımların atılmasında hökumətə yardımçı olmaqdır.

Lakin ölkəmizdə bu hal elə forma alıb ki, daxili istehsal olmayan məhsullarda da gömrük rüsumları maksimal hədlə hesablanır. Bu isə əlbəttə ki, ciddi narazılığa səbəb olur”.

Natiq Cəfərli vurğulayıb ki, gömrük orqanlarında köklü islahatlar aparılmasının vaxtı çoxdan yetişib:

“Gömrük Komitəsi gözləntiləri doğrultmur. Bu baxımdan, Gömrük Komitəsinin kiçik bir qurum şəklində İqtisadiyyat Nazirliyinə birləşdirilməsi və vergi-gömrük işlərinin bir mərkəzdən idarə olunması daha məntiqlidir. Azərbaycanda daxili bazarda qiymətlərin tənzimlənməsi metodlarını da eyni məntiqlə tapmaq mümkündür”.

Gülşən Şərif

www.yenicag.az

1918
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv