“Gömrük Komitəsi nümayəndəsinin açıqlamasını təkzib etdi”  – Eksklüziv

“Azərpoçt” MMC Gömrük Komitəsi rəsmisinin səsləndirdiyi ittihamlara cavab verdi.

Yenicag.az xəbər verir ki, “Azərpoçt” MMC Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərlinin bəzi poçt əməkdaşlarının qanunsuz mobil telefon alverinə kömək etməsinə dair iddiasına münasibət bildirib.

Yenicag.az-ın “Azərpoçt” MMC-dən aldığı məlumata  görə, Fikrət Ələsgərlinin “Azərpoçt”un ünvanına səsləndirdiyi ittihamlar hələ araşdırılmaqda olan faktlardır:
“Dövlət Gömrük Komitəsinin rəsmisinin poçt göndərişləri ilə mobil telefonların ölkəyə gətirilməsinə dair verdiyi açıqlamasında “Azərpoçt”un əməkdaşları və şöbələri ilə bağlı söylədikləri faktların araşdırılmaqda olan məlumat olduğunu Komitənin rəsmi səhifəsi də təsdiqlədi. Bu təkzib özü göstərir ki, bu faktlar araşdırılmayıb və “Azərpoçt” MMC-yə bu cür halların mövcudluğu ilə bağlı heç bir rəsmi müraciət olunmayıb.

Əgər gömrük rəsmisinin söylədiyi faktlar “Azərpoçt” MMC-yə rəsmi şəkildə bildirilsəydi, Ümumdünya Poçt İttifaqının qanunlarına əsasən Dövlət Gömrük Komitəsi ilə sıx əməkdaşlıq etdiyimiz üçün biz təbii ki, o faktların araşdırılmasında da birgə fəaliyyət göstərərdik”.

A.Zeynalov

COP29