!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrük-vergi rüsumlarının biznesə TƏSİRİ - Ölkədən kapital çıxışının qarşısı necə alınmalıdır? - ŞƏRH

!Reklam – Yazi

“Ölkədə biznes üçün gömrük-vergi rüsumlarının məbləği əlverişli deyil”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ölkədən çıxarılan kapitalın 2019-cu illə müqayisədə 38,8% artmasına təsir edən amillərdən danışarkən iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, kapitalın azalmasına təsir edən əsas amil investisiya mühiti üçün münbit şəraitin olmamasıdır:

“Azərbaycanda kapitala çıxış imkanları olan şəxslər daha çox başqa ölkələrə investisiya qoyurlar və ya daşınmaz əmlak alaraq öz vəsaitlərini qorumağa çalışırlar. Xüsusən də Gürcüstan və daha çox Türkiyəyə üz tutan vətəndaşlarımız daşınmaz əmlak alışına üstünlük verirlər. Türkiyənin son 3-4 ilinin statistik göstəricisinə görə, Azərbaycan vətəndaşları daşınmaz əmlak alan xarici vətəndaşlar siyahısında həmişə ilk beşlikdə olur”.

Natiq Cəfərli vurğulayıb ki, Azərbaycanda investisiya mühiti ilə bağlı ciddi problemlər hələ də qalmaqdadır:

“Digər çatışmazlıqlarla yanaşı, ölkədə ədalətli məhkəmə sistemi yoxdur. Bu baxımdan son zamanlar investisiyalar və kapitalın Azərbaycandan çıxışı daha da sürətlənib. Mövcud problemin qarşısını inzibati qaydada alsaq, bu, ölkədən qeyri-leqal şəkildə daha çox kapitalın çıxmasına səbəb olacaq. Ona görə də kapital axının qarşısını almaq üçün təşviqedici addımlarla investorlara münbit şərait yaratmaq lazımdır”.

Gülşən Şərif

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv