“Gömrük yığımlarının məbləğləri” dəyişdi

Gömrük yığımlarına əlavə olaraq, dəmirdən və ya aşqarlanmamış poladdan çubuqların 1 tonu üçün 150 manat gömrük yığımı alınacaq.

Yenicag.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Bu qərar 2025-ci il 1 aprel tarixindən qüvvəyə minir və 2026-cı il 1 yanvar tarixinədək qüvvədədir.