Gömrükçülər külli miqdarda siqaret müsadirə edib

Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının əl yükünə “Heimann X-ray” markalı rentgen qurğusunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı əl yükündə olan 2 ədəd “Choco pie” markalı şirniyyat qutusunun və 1 ədəd “Yadra” markalı günəbaxan tumu qutusunun içərisindən gömrük nəzarətindən gizlədilən ümumilikdə 1800 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Yeniçağ.Az