Gömrükçülərdən rekord

gomrukDövlət Gömrük Komitəsi 2016-cı il ərzində büdcə ödənişlərini kəskin artırıb.

Yeniçağ.az Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 27-nə olan məlumata görə, gömrük xəttiləcari ildə nəzərdə tutulan 1 mlrd. 810 mln. manat illik büdcə proqnozuna 124,12 % əməl edilib.

Hesabat dövründə 2 mlrd. 246,66 mln. manat gömrük vergi və rüsumunu toplayan gömrükçülər ötən ilin eyni dövrü ilə müqayisədə 654,8 mln. manat və ya 41,1% yüksək nəticə əldə ediblər.