Dövlət Gömrük Komitəsinin əməkdaşları Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirib.
DGK-dan Yenicag.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən gömrük orqanına bəyan olunmayan ümumilikdə 10 min 100 həbdən ibarət 5 adda dərman preparatı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.