!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrükdə əməliyyat: Gürcüstandan gələn avtomobillərdə pirotexniki vasitələr tutuldu - FOTO

!Reklam – Yazi

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan istiqamətindən”Mazımçay” gömrük postuna daxil olan “BMW 525” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Yenicag.az-a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin hər iki ön oturacağının və qabaq sağ ayaqaltının altından üzərində “Petards” yazısı olan 6000 ədəd və üzərində “Football Salute” yazısı olan 250 ədəd pirotexniki vasitələr aşkarlanıb

Faktla bağlı araşdırma aparılır.

***

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına “Oka” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı xidməti itin reaksiyasına əsasən, nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən üzərində “P23” yazısı olan 500 ədəd pirotexniki vasitələr aşkar edilib.

 

www.yenicag.az

2096
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv