Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Gömrükdə əməliyyat - Külli miqdarda araq aşkarlandı

Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olan məlumat əsasında, Tovuz Gömrük İdarəsinin əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində iki nəqliyyat vasitəsi saxlanılıb.

Komitənin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitələrinə baxış zamanı üzərində aksiz markası olmayan araqlar aşkar edilib. Avtomobillərdən birində sellofan torbalarda 30 ədəd, digərində isə qutuların içərisində 145 ədəd bir litrlik “Nemiroff” adlı araqlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

393
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM