!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrükdə əməliyyat - Külli miqdarda ətir tutuldu

!Reklam – Yazi

Gömrükçülər avtomobildə gizlədilən müxtəlif markalı ətirlər aşkarlayıblar.

Dövlət Gömrük Komitəsindən Yenicag.az-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya istiqamətindən “Xanoba” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz Sprinter” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yuxarı yük üçün nəzərdə tutulmuş rəflərin axırında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 92 ədəd müxtəlif markalı ətir aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

907
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv