!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrükdə əməliyyat - Siqaret qutusundan narkotik çıxdı

!Reklam – Yazi

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar Gömrük Postunda İran İslam Respublikasından qayıdan Azərbaycan vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Yenicag.az-a verilən məlumata görə, vətəndaş metal axtaran qurğudan keçərkən üzərində olan əşyaları – mobil telefon və tamlığı pozulmamış 2 ədəd “Kent” markalı siqaret qutusunu avadanlığın yanındakı masaya qoyub. Siqaret qutularından birinin digərinə nisbətən ağır olması gömrükçülərdə şübhə doğurub və qutulara baxış keçirilib.

Baxış zamanı bir ədəd “Kent” markalı siqaret qutusunun içində sellofana bükülü vəziyyətdə, qablaşdırılması ilə birgə təqribi çəkisi 1 qram olan tünd qəhvəyi rəngli narkotik vasitə – tiryək, 93 ədəd açıq qəhvəyi rəngli, üzərində “F/M40” nişanəsi olan dairəvi formalı və 5 ədəd ağ rəngli, üzərində “Z40” nişanəsi olan metadon həbləri aşkarlanıb.

Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin”in II Siyahısına daxildir və sintetik narkotik vasitə sayılır.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

5328
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv