Gömrükçülər tərəfindən Gəncə şəhəri istiqamətinə hərəkət edən “VAZ 21074” markalı avtomobildə aksiz markasız spirtli içkilər aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən Yenicag.az-a verilən xəbərə görə, nəqliyyat vasitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb.
Avtomobilin yük yerinə və salonuna ilkin baxış keçirilən zaman orada sellofan torbalarda spirtli içkilər olduğu müəyyən edilib. Ətraflı baxış keçirilməsi üçün avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinə gətirilib.
Yoxlama zamanı avtomobilin yük yerində sellofan torbaların içərisində üzərində aksiz markası olmayan, 1 litrlik ölçülərdə 44 ədəd “Nemirovskaya”, 12 ədəd “Nemiroff (Wheat)”, 8 ədəd “Nemiroff (Birch)”, 4 ədəd “Nemiroff (Honey Pepper)”, 7 ədəd “Xlibniy Dar”, 4 ədəd “Royal Park”, 4 ədəd “Claymore”, 4 ədəd “MacArthurs”, 4 ədəd “Black Ram”, 2 ədəd “King Robert”, 2 ədəd “JoAN Barr”, 2 ədəd “Heaven/Hill”, 2 ədəd “Ballantines”, 0.5 litrlik ölçülərdə 2 ədəd “Jagermeister”, 7 ədəd “Nemiroff (original)”, 200 ml litrlik ölçülərdə 6 ədəd “Black Ram”, 6 ədəd “Red Label”, 3 litrlik ölçülərdə 2 ədəd “Kindzmarauli”, 5 litrlik ölçülərdə isə 2 ədəd “Kindzmarauli” adlı spirtli içkilər aşkarlanıb.
Faktla bağla araşdırma aparılır.a