Gömrükdə əməliyyat – Telefon və siqaret tutuldu

Gömrükdə avtomobildə siqaret və mobil telefon aksesuarları aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Yenicag.az-a bildiriblər ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış keçirilib.

REKLAM

ssisbaku.sabis.net

Daha ətraflı
Native Video by Adributor

Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda qoltuqaltının altında 2000 ədəd “King” markalı siqaret və mobil telefon üçün 4 ədəd yükləyici, 4 ədəd qulaqlıq, 20 ədəd qutu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.