!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrükdə əməliyyat: Yuyucu tozdan psixotrop maddə, biskvitdən heroin çıxdı

!Reklam – Yazi

Gömrükçülər psixotrop maddə və narkotik vasitənin gömrük nəzarətindən gizlətməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

DGK-dan Yenicag.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus 2 ədəd sellofan torbaya rentgen aparatıyla baxış zamanı monitorda şübhəli predmetlərin təsviri görünüb.

Bu səbəbdən həmin yük təkrar yoxlanılıb. Baxışdan öncə, vətəndaş ona məxsus sellofan torbalarda gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama nəticəsində, sellofan torbalardan birində olan və üzərində “Darya” sözü yazılmış yuyucu toz qutusunun içərisində 1 ədəd bükümdə, xalis çəkisi 69,690 qram olan psixotrop maddə – metamfetamin aşkar edilib.

Digər torbada isə üzərində “de nata” sözü yazılmış 3 ədəd biskvitin hər birinin içərisində 1 büküm olmaqla, ümumi xalis çəkisi 286.740 qram təşkil edən narkotik vasitə – heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

3229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv