Gömrükdə külli miqdarda gümüş AŞKARLANDI

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.

Dövlət Gömrük Komitəsindən Yenicag.az-a verilən məlumata görə, yoxlama zamanı yük nəqliyyat vasitəsindən 10 ədəd külçə formasında 999,9 əyarlı, ümumi çəkisi 22,55 kq olan gümüş aşkar edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.