!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrükdə siqaret əməliyyatı - FOTO

!Reklam – Yazi

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana “Mersedes Benz ” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən Yenicag.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının içərisində gizlədilmiş 3 200 ədəd “Gold Mount” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

4350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv