Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Gömrükdə siqaret əməliyyatı - Foto

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Qusar rayonu ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı, Kiriş-Həzrə yolu istiqamətində gedən, içərisində Azərbaycan vətəndaşlarına məxsus mallar olan, Azərbaycan vətəndaşının idarə etdiyi “Toyota Rav 4” markalı nəqliyyat vasitəsi saxlanılaraq baxış keçirilməsi üçün idarəyə dəvət edilib.

Yenicag.az DGK-ya istinadən xəbər verir ki, hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı avtomobilin yük yerindən və salonunda olan qara rəngli polietilen paketlərdən, əl çantalarından və nəqliyyat vasitəsində olan “Bimax” markalı yuyucu toz qutularının içərisindən, ümumilikdə 102 680 ədəd “NZ Gold Compact” və 6000 ədəd “Marlboro” markalı siqaretlər və 20 880 ədəd “Belomorkanal” markalı papiroslar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

443
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM