!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrükdən qanunsuz 1 milyon keçirmək istədi

!Reklam – Yazi

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

DGK-dan Yenicag.az-a verilən xəbərə görə, Bakı-Moskva aviareysilə getmək istəyən Rusiya vətəndaşı “yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, lakin onun üzərində gömrük orqanına bəyan edilməmiş malların olması ilə bağlı əsaslı şübhə yaranıb.

Vətəndaş saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Nəticədə onun gödəkçəsinin və şalvarının ciblərində gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, şifahi, yazılı və ya elektron formada bəyan olunmayan cəmi 1 mln. Rusiya rublu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1671
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv