Google 48 işçini vəzifəsindən qovdu – ŞOK SƏBƏB

ABŞ-ın texnologiya nəhəngi “Google” son iki ildə 48 işçini vəzifəsindən azad edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Google”ın baş direktoru Sundar Pichai “New York Times” qəzetinə bildirib. Onun sözlərinə görə, bu işçilər cinsi təcavüz iddiaları səbəbilə işdən qovulublar.

Məlumata görə, işdən azad olunanlardan 13-ü yüksək vəzifəlidir.