“Google” 500 milyon avro cərimələndi

Fransanın antiinhisar tənzimləyicisi “Google” şirkətini 500 milyon avro dəyərində cərimələyib.

Yenicag.az xəbər verir ki, qurum “Google” şirkətinin müəllif hüquqlarını heçə saydığını aşkarlayıb. Məhkəmə tərəfindən müəyyən olunan qadağaların yenidən pozulması ilə cərimə tətbiq edilib.

Eyni zamanda, “Google” KİV-lərə ödəniş planını təqdim etməsə, şirkətə hər gün əlavə 900 min avro cərimə yazılacaq.

Qeyd edək ki, “Google” istifadə etdiyi kontentlərin müqabilində şirkətlərlə müqavilə bağlayır. Lakin öhdəliklərini yerinə yetirməməsi səbəbindən bəzi saytlar şikayətçi olub. Bu səbəbdən “Google” həmin kütləvi informasiya vasitələrinə ödəniş planı təqdim etməlidir. Əks halda cərimə daha da artacaq.