Google” “Allo” messencerinin fəaliyyətini dayandırdı

Google” şirkəti “Allo” messencerinin işini rəsmən dayandırıb. Şirkət müvafiq məlumatı xidmətin rəsmi səhifəsində yerləşdirib.

Yenicag.az xəbər verir ki, təəssüf ki, “Allo” messencerinin əvəzetməsi hələ hazır deyil, “Android” sistemində mesajlarla mübadilə sistemi isə hazırda messencerlərdə istifadə edilən lazımi funksiyalar dəstinə malik deyil.

Xatırladaq ki, “Google” şirkəti mesajlarla mübadilə üçün nəzərdə tutulmuş “Allo” mobil proqramını 2016-cı ilin sentyabrında təqdim etmişdi. Şirkət 2019-cu ilin dekabrında layihəni bağlamaq niyyəti haqqında məlumat vermişdi./AZƏRTAC/