!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Google Chrome"dan mühüm YENİLİK - Təhlükəli saytlardan müdafiə

!Reklam – Yazi

Google mütəxəssisləri “Chrome” brauzeri üçün “Suspicious Site Reporter” adlı xüsusi əlavə hazırlayıblar.

Yenicag.az xəbər verir ki, həmin əlavə təhlükəli saytlar barədə istifadəçiyə məlumat verəcək. Bu əlavə zərərli saytlar barədə mesajların “Google Safe Browsing” komandasına göndərmə prosesini sadələşdirəcək. Beləliklə həmin komandanın mütəxəssisləri şikayətlərə baxa, onları analiz edə və “Chrome” brauzeri də daxil olmaqla “Safe Browsing” API dəstəkli digər brauzerlərin qara siyahılarına həmin təhlükəli saytları əlavə edə biləcəklər.

Bu API “Chrome” brauzerinin mobil və veb versiyalarından əlavə olaraq, həmçinin “Mozilla Firefox” və “Apple Safari” brauzerlərinin mobil və veb versiyaları tərəfindən də dəstəklənir.

“Suspicious Site Reporter” əlavəsi “Google Chrome”un alətlər panelinə xüsusi işarəni əlavə edir.

Həmin işarəyə klik edəndən sonra ekranda əlavə pəncərə açılır. Həmin pəncərə vasitəsilə istifadəçi şübhəli gələn sayt barəsində avtomatik şikayət göndərə bilər. Faktiki olaraq bu üsulla istifadəçi Google mütəxəssislərinə saytın təkcə URL ünvanını deyil həm də ekran fotosunu, DOM tərkibini (bütöv HTML daxil) və bütün referallar zənciri barəsində məlumatları da ötürəcək.

 

 

www.yenicag.az

13272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv