“Google” çökür? – Xidmətlərinin işində problem yarandı

Bir sıra ölkələrdə “Google” və “Gmail”dən istifadədə problemlər yaranıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, problemlər ən çox ABŞ-da müşahidə olunub. Eyni zamanda Avropadan da şikayətlər daxil olub.

Problemlərin ABŞ-ın Şərq sahili vaxtı ilə təqribən 17:30-da başladığı bildirilib.