“Google”-dan inqilabi yenilik

88746Sabahdan etibarən “Google” mobil cihaz və planşetlərdə axtarış sistemində inqilabi dəyişikliyi işə salacaq.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bu yenilik “Google”da saytların axtarış zamanı sıralanmasına əhəmiyyətli dərəcədə təsir edəcək. “Business Insider”in yazdığına görə, bundan sonra belə mobil cihaz və planşetlərə uyğunlaşan saytlar axtarış zamanı ilk sıralarda görünəcək. Burada əsas meyarlar mətnlərin iri hərflərlə yazılması, linklərin asanlıqla vurulması, saytların cihazın ölçülərinə avtomatik olaraq uyğunlaşması olacaq. Mobil cihazlara uyğunlaşmayan saytlar isə sonda göstəriləcək.

Nəzərə alsaq ki, müasir dövrdə internet trafikin 60 faizi mobil qurğuların payına düşür, buna görə “Google” daha çox istifadəçinin internetdən istifadəsini asanlaşdırmağa çalışır.

Qeyd edək ki, şirkət yenilik haqqında hələ bu ilin fevral ayında məlumat vermişdi. Bununla da saytların bu dəyişikliyə uyğunlaşması üçün 2 ay vaxtları var idi. Bununla belə, şəbəkədə qlobal yerdəyişmənin olması gözlənilir.

“Google” axtarış sistemindəki bu dəyişikliyi hətta “mobiloggedon” adlandıranlar da var. Çünki bu dəyişikliyin nəticələri bir çox saytlar üçün faciəvi ola bilər. Xüsusilə ilk olaraq kiçik biznes sahibləri öz saytlarında ziyarətçilərin sayının kəskin azalacağını hiss edəcəklər. Lakin onlarla bərabər bir çox iri internet-layihələr də zərər çəkəcəklər.