Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

"Google" "Fitbit"i aldı - "Xiaomi"yə yeni rəqib

ABŞ-ın iri texnologiya şirkəti “Google”, taxılan məşq cihazları və ağıllı saat istehsalçısı “Fitbit” şirkətini 2,1 milyard dollara satın aldığını açıqlayıb.

Yenicag.az  xəbər verir ki, müstəqil bir şirkət olaraq fəaliyyətini davam etdirəcək şirkətin adında bir dəyişiklik edilməməsi qərarlaşdırılıb. İlin əvvəlində 40 milyon dollara “Fossil” şirkətini də alan “Google” beləcə “Xiaomi” və “Apple Watch”a qarşı ağıllı saat bazarında əlini daha da gücləndirmişdir.

“Google”, daha əvvəl “Wear OS” adını verdiyi əməliyyat sistemi və proqramlar ilə taxılan cihazlar sahəsinə addım atmışdı. Bu əməliyyat sistemi hər nə qədər bir çox saat tərəfindən istifadə edilsə də texnologiya nəhəngi ağıllı saat bazarına fiziki bir məhsulla hələ daxil olmamışdı. “Fitbit”in alışı ilə bu vəziyyəti dəyişdirməyi hədəfləyən şirkət, həmçinin bu sahənin lideri Çinin texnologiya nəhəngi “Xiaom”inin ciddi bir rəqibi olub.

Ürək atış sürəti, günərzində atılan addım, yuxu keyfiyyəti kimi fərdi sağlamlıq və fəaliyyət məlumatlarını elektron olaraq izləməyi təmin edən taxılan cihazlar istehsal edən “Fitbit”, bu günə qədər 100 milyondan çox cihaz satıb. “Fitbit”in dünyada 28 milyon aktiv istifadəçisi var.

Bazarda lider mövqedəki “Xiaomi” taxılan cihazlar bazarının 17%-ini əlində tutur. Çinli şirkətin ardından amerikalı “Apple” gəlir. “Fitbit” 10%-lik payı ilə sektorun ən əhəmiyyətli üçüncü şirkəti vəziyyətindədir.

www.yenicag.az

346
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM