“Google” koronavirusla mübarizəyə 800 milyon dollar ayıracaq

Amerikanın “Google” şirkəti yeni koronavirusun yayılması fonunda səhiyyə sahəsində çalışan müəssisə və təşkilatlara dəstək üçün təxminən 800 milyon ABŞ dolları ayırmaq niyyətindədir.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Sundar Piçai tərəfindən yayımlanan açıqlamada bildirilir.

Sənədə görə, “Google” Ümumdünya Səhiyyə Təşkilatı və onlarla digər agentliklərə “COVID-19”la bağlı vacib məlumatların pulsuz reklam yerləşdirməsi üçün 250 milyon ABŞ dolları ayıracaq.

Bəyanatda qeyd olunur ki, “Google” kiçik və orta sahibkarlara bu ilin sonuna qədər 340 milyon ABŞ dolları həcmində güzəştli şərtlərlə reklam yerləşdirmək imkanı da verəcək.

“Ümid edirik ki, bu onlara müştərilərlə əlaqə saxlamaqda olan xərclərin bir hissəsini ödəməyə imkan verəcək. Şirkət daha 200 milyon ABŞ dollarını dünyada kiçik və orta sahibkarlığın kapitala çıxışını təmin edən proqramlara yönəldəcək” – deyə, baş direktor bildirib.

COP29