“Google Maps” xidməti yeniləndi

Google şirkəti “Google Maps” xidmətinin 15 illiyi münqsibətilə Android və iOS üçün nəzərdə tutulan tətbiqi yeniləyib.

Yenicag.az ted.az-a istinadən bildirir ki, “Google Maps” xidməti yenilənərək yeni funksiyalara sahib olub.

Google rəsmilərin sözlərinə görə, tətbiq istifadəçilərin rahatlığı üçün uyğunlaşdırılıb. Hazırda xidmətin “Explore” bölməsində dünyanın 200 milyondan çox şəhəri haqqında məlumat tapmaq mümkündür. “Comute” bölməsində istifadəçilər A nöqtəsindən B nöqtəsinə getmək üçün ən yaxşı marşrutu görə və yol hərəkətinin hazırkı vəziyyətini öyrənə bilərlər. Tətbiqdə “for you” adlanan bölmə əlavə olunub, orada istifadəçilər müxtəlif tövsiyyələrdən yararlana bilərlər.

Qeyd edək ki, şirkət “Google Maps” simvolunu da yeniləyib.