“Google Photos” foto xidmətinə çat funksiyası əlavə edilib.
Yenicag.az “ICTnews” istinadən xəbər verir ki, sözügedən xidmətdə şəkilləri başqa istifadəçiyə və ya insanlar qrupuna göndərməklə yanaşı, həmçinin onlarla ünsiyyət saxlamaq mümkündür.
Yeni funksiyanın istifadəyə verilməsilə “WhatsApp” və ya başqa messenceri əvəz etmək planlaşdırılmır. Hər şeydən öncə “Google Photos” xidmətində çat imkanının əlçatanlığı ümumi albom yaratmadan və başqa proqrama keçid etmədən şəkilləri və ya videonu müzakirə etmək istəyənlər üçün əlverişli olacaq.
Mesaj yazmaq üçün media qalereyadan şəkil seçmək, paylaşmaq nişanına sıxmaq, əlaqə göstərmək, yaxud istifadəçini ad, telefon nömrəsi və ya poçt ünvanı üzrə tapmaq lazımdır. Bu halda şəkli qəbul edən şəxsdə “Google” hesabının olmağı vacibdir. Qrup çatına başlamaq üçün “Yeni qrup” seçmək və iştirakçıları əlavə etmək lazımdır.
Yaxın həftələr ərzində dünyada istifadəyə veriləcək yeni funksiya “iOS” və “Android” üçün mobil proqramlarda, həmçinin “Google Photos”un veb-versiyasında əlçatan olacaq.