“Google” smart-saat istehsal edəcək

1482647384_a6d4f2ba2cec3c336e0402723d76dbca2017-ci ilin əvvəlində “Google” şirkəti “Android Wear 2.0” əməliyyat sisteminin bazasında iki yeni smart-saat istehsal edəcək.

Yenicag.az ikt.lent.az-a istinadən xəbər verir ki, hələlik saatların texniki xüsusiyyətləri barədə məlumat verilmir.

“Ağıllı” saatlar hazırda “Google”un əməkdaşlıq etdiyi istehsalçının markası altında buraxılacaq. Bu barədə “Android Wear” nümayəndəsi Ceff Çanq bildirib. Bu əməliyyat sisteminin tətbiqi təkcə 2 flaqman cihazla məhdudlaşmayacaq. Digər şirkətlərin “Android Wear 2.0” əməliyyat bazasında olan smart-saatları da bazara çıxarılacaq.

Cihazların texniki xüsusiyyətləri sirr olaraq qalır. Əldə olunan ilkin məlumata əsasən çox güman ki, bu cihazlar ürək ritmini ölçən monitora malik olacaq, LTE, həmçinin GPS-i dəstəkləyəcək.

Yenicag.az

COP29