!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Google"da Lütfi Zadə RÜZGARI: Böyük alimə dudl həsr edildi - FOTO / VİDEO

!Reklam – Yazi

“Google” axtarış sistemi dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadəyə həsr edilmiş dudl hazırlayıb.

Yenicag.az xəbər verir ki, axtarış sisteminin giriş səhifəsində istfadəçilərin qarşısına çıxan dudla klik etməklə alim haqqında məlumat olan pəncərəyə keçid edilir.

Lütfi Zadə

Lütfi Zadə 1921-ci ilin 4 fevralında Bakının Novxanı kəndində dünyaya gəlib. 1944-1959-cu illərdə Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. Sonra Berkli Universitetində çalışıb, 1963-cü ildən isə “Elektrik mühəndisliyi və kompüter elmləri” kafedrasına rəhbərlik edib. Eyni zamanda həmin universitetdə ömürlük professor və “Soft Computing” İnstitutunun direktoru kimi çalışıb.

İstehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsi ona dünyada şöhrət qazandırıb. Nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq.

Bir çox xarici ölkə akademiyalarının üzvü olub. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilib.

Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyicilərinin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında yararlanırlar.

Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib, bir neçə gün sonra Bakıda dəfn olunub.

www.yenicag.az

869
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv