!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Google"dan daha bir sevindirici YENİLİK - FOTO

!Reklam – Yazi

“Google” tətbiq etdiyi axtarış sistemi nəticələri alqoritmasını yeniləyib.

Yenicag.az xəbər verir ki, “Bert (Bidirectional Encoder Representations from Transformers) alqoritması” adlı məqalə yayımlanıb. Məqalədə öncə ingiliscə axtarış nəticələrində, yaxın zamanda da bütün dillər üçün yeni yenilənmənin dövrəyə daxil olacağı və uzun müddət içində bütün axtarış nəticələri üçün köklü bir dəyişikliyə səbəb ola biləcəyi bildirilib.

Google Bert nədir və necə işləyir?

Google, axtarış sistemində fərdlər axtarış etdiklərində axtarılan sözləri tək-tək dəyərləndirərək, təsadüflərə görə nəticə səhifəsində internet saytları, xəbərlər, videolar, yerlər və s. kimi nəticələri bizə təqdim edir.

Yeni BERT yenilənməsi dövrəyə daxil olaraq süni intellektə əsaslanan və məntiqi söz işləmə texnologiyası ilə insanlar öz suallarına daha real cavablar vermək üçün çalışacaq. Sözləri bir-bir işləmək əvəzinə, sinonimdəki və ya axtarışdakı bütün sözlərin məntiqi qiymətləndirilməsini apararaq ən yaxşı cavab nəticələrini sadalayacaqlar.

BERT öncəki və sonrakı nümunə axtarışı:

Nəticədə, məzmun istehsalçıları saytlarında məzmun və başlıqlar yaratdıqda, Seo adından insanları və axtarış motorlarını cəlb etməyə və ya aldatmağa çalışan seçimlərə rəhbərlik etmək əvəzinə, süni intellektin anlayacağı və insanların axtarışlarına həqiqi cavablar verəcəkləri orijinal məzmun seçimlərinə diqqət etməlidirlər.

www.yenicag.az

4158
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv